Asiya kuboku təxirə salındı - SƏBƏB

Asiya kuboku təxirə salındı - SƏBƏB
İDMAN
13:03 03.11.2026
169
Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2027-ci il Asiya Kuboku ev sahibi ölkəyə qarşı son günlərdə baş verən hücumlar səbəbindən təxirə salınıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Asiya Futbol Konfederasiyasının (AFC) açıqlamasına görə, 7 yanvar – 5 fevral 2027-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan turnirin yeni tarixləri 23 dekabr 2027-ci il – 21 yanvar 2028-ci il olaraq müəyyənləşdirilib.

Konfederasiya qərarın regiondakı fövqəladə vəziyyət, logistika çətinlikləri və səfərlərdə yaranan problemlərlə əlaqədar qəbul edildiyini bildirib. Yeni tarixlər təsdiq üçün FIFA-ya təqdim olunacaq.

Qeyd edək ki, Yəməndəki İranın dəstəklədiyi husilər son dövrlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və digər bölgələrinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edirlər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR