Türkiyə Super Liqasında XXX turun oyunları davam edir. AZXEBER.COM xəbər verir ki, günün ilk matçında "Karagümrük" öz meydanında "Eyüpspor"u qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lider "Qalatasaray" isə səfərdə "Gənclərbirliyi" ilə üz-üzə gəlib. 3 qolun vurulduğu matçda sevinən tərəf "sarı-qırmızılılar" olub - 2:1. Qeyd edək ki, turnir cədvəlinə 71 xalla "Qalatasaray" başçılıq edir. Aktivində 67 xalı olan "Fənərbaxça" isə ikinci sırada qərarlaşıb.