“Təfəkkür” universitetinin müəlliminin məhkəməsi başladı

“Təfəkkür” universitetinin müəlliminin məhkəməsi başladı
16:45 18.06.2012
1668
Bakı Ağır Cinayətlər Məhkəməsində “Təfəkkür” Universitetinin dosenti və həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüstəmov Rüzbeh Nadir oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı iyunun 27-nə təyin edilib.Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində R.Rüstəmov 9 dekabr 2011-ci il tarixdə universitetin Bakı şəhəri, Təbriz küçəsi, 19 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında rüşvət alarkən tutulub.
OXŞAR XƏBƏRLƏR