Təfəkkür Universitetinindən sonra hansı özəl təhsil müəssisəsi bağlanacaq?

Təfəkkür Universitetinindən sonra hansı özəl təhsil müəssisəsi bağlanacaq?
SOSİAL
22:27 16.01.2017
3465
Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsilimizə yeni özəl universitetlər daxil olmağa başladı. Onların gənclərimizin başına açdığı oyunlar hələ çətin ki, uzun müddət unudulsun. Son belə ağır zərbəni Azərbaycan Beynəlxalq Universiteti vurmuşdu. Ondan sonra insanların özəl ali təhsil müəssisələrinə inamı azalmışdı. Daha sonra bağlanan digər universitetlərin tələbələri başqa özəl universitetlərə köçürüldü. Bu siyahıya Təfəkkür Universiteti də daxil oldu.
 
Təhsil üzrə ekspert Kamran Əsədov ölkə.az-a açıqlamasında bildirib ki, Təfəkkür Universitetinin bağlanması gözlənilən idi. Onun sözlərinə görə, 2016-ci il Ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent tolapya bilməyən universitetin bağlanacağı qaçılmaz idi.
 
"Təsəvvür edin ki, Odlar Yurdu Universitini 2016-cı ildə elan etdiyi plan yerinin cəmi 11 faizinə tələbə qəbulu apara bildi. 89 faiz yer boş qaldı. Bu o deməkdir ki, həmən ali təhsil müəssisəsinin gəliri rəsmi olaraq tələbələrin təhsil haqqı olduğuna görə, onlar bundan məhrum olacaq. Digər Təfəkkür Universitetinin aqibətini gözləyən universitet Koperasiya Universitetidir. Apardığım sorğulardan da məlum oldu ki, tələbələrin böyük əksəriyyətinin Odlar Yurdu Universiteti, Təfəkkür Universitinin və Koperasiya Universitinin smestr imtahanlarından böyük narazılığı var. Demək olar ki, bu ali təhsil müəssisələrində tələbələrin öz savadları ilə imtahandan müsbət qiymətlər alması mümkün deyil”, - deyə K. Əsədov bildirib.
 
Ekspertin sözlərinə görə, hazırda özəl universitetlərin hələ də işləməsinin səbəbi xarici ölkələrdən tələblərin böyük hissəsinin bu universitetlərə köçürməsi idi. İndi bu qaydanın qadağan olması özəl universitetlərinin bağlanmasına səbəb olacaq: "Bu ildən etibarən Azərbaycan ərazisində tələbə köçürülməsi vahid qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Buna görə də, özəl universitetlər xarici təhsil müəssisələrindən edilən köçürmələrdən gələn gəlirdən də məhrum oldular. Dünyada ali təhsil müəssisələrinin gəlirinin böyük hissəsini onların ixtiraları təşkil edirsə, bizdə ancaq tələbənin təhsil haqqı təşkil edir”.
 
K. Əsədovun fikrincə, özəl universitetlərin bir neçəsinin bağlanması təhsilimizə abcaq müxbət təsir göstərəcək: "Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Hesab edirəm ki, hələ bir neçə universitin bağlanması o qədər də böyük təsir göstərməyəcək. Bu digər universitetlərin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Bilirsiz, özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti ailə üzvlərinin idarə etdiyi qəbiləni xatırladır. Rektorundan tutmuş qapıçısına qədər hamısı qohumdur. Əlbəttə ki, belə mühitdə təhsil inkişaf edə bilməz”.
 
K. Əsədov deyir ki, özəl universitet bağlanan zaman qarşıya çıxan problem burada təhsil alan tələbələrin köçürülməsidir: "Hansısa ali təhsil müəssisəsi bağlanan zaman qarşıya çıxan ilk problem orda təhsil alan tələbələrin aqibətidir. Bu universitetin bağlanması Azərbaycanda nə ilkdir, belə görünür ki, nədə sondur. Bundan əvvəl oxşar hadisələr baş verəndə özəl ali təhsil müəssisələrinin tələbələri elə digər özəl universitetlər arasında bölüşdürülürdü. Mən düşünürəm ki, bağlanmış Təfəkkür Universitetinin tələbləri Bakı Biznes Universitetinin, Odlar Yurdu Universitetinin, Koperasiya Universitetinin aralarında bölüşdürüləcək. Burada başqa bir problem çıxacaq, oda təhsil haqları və keçilən fənlər məsələsində. Hesab edirəm ki, bu məsələdə tələbələrə güzəştlər tətbiq olunacaq”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir