"Təfəkkürümüzün güzgüsü Azərbaycan-dili qlobal tədbirləri müşayiət edir"

SİYASƏT
10:34 31.07.2024
261
Məzahir Əfəndiyev, 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Heç kəsə sirr deyil ki, bu gün müasir dünyada hər bir xalqın, hər bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. 

Azərbaycan dilinin formalaşması və qorunub saxlanılması xalqımız üçün tarix boyu böyük əhəmiyyət kəsb edib. Azərbaycan dili müxtəlif dövrlərdə müxtəlif təsirlər altında qalaraq inkişaf etmiş, bu inkişaf prosesində bir sıra mərhələlərdən keçmişdir. 

Bu gün fəxrlə deyə bilərik ki, qəhrəman xalqımız zamanın ən çətin sınaqlarından çox böyük məharətlə keçərək dilimizi, milli kimliyimizi, mənəvi dəyərlərimizi qoruyub, bu günümüzə qədər gətirib çıxarmışdır. Dərin köklərə malik öz tariximiz, mədəniyyətimiz və dilimiz var. 
Bütün sahələrdə olduğu kimi, Ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Məhz Ulu Öndərin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyləri nəticəsində keçmiş Azərbaycan SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. O zamankı  reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər mühüm bir hadisə idi.

Lakin, hər hansı bir dilin güclü inkişafı və zənginləşməsində, xüsusilə də dövlət dili statusu qazanmasında onu təmsil edən xalqın, millətin müstəqil dövlətinin mövcudluğu həlledici rol oynayır. Bu baxımdan, qədirbilən Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev dil sahəsində başladığı islahatları uğurla davam etdirərək, Ana dili ilə bağlı dövlət siyasətinin təməlini qoydu. Belə ki, Ümummilli Liderimizin əvəzsiz səyləri nəticəsində müstəqilliyini yenicə əldə etmiş, gənc Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyasına Azərbaycan dili dövlət dili kimi daxil edildi. 

Məhz Heydər Əliyevin "Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə. Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb” sözləri dövlət dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi istiqamətində mühüm yol xəritəsi oldu. Azərbaycan Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı.

Bu gün isə müasir Azərbaycan Respublikası demək olar ki, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi edərək, həmin qlobal tədbirlərin keçirilməsində Birləşmiş Millətlər Təşkilatının qəbul olunmuş beş əsas dilinin istifadəsi ilə yanaşı olaraq, Azərbaycan dilinin də zənginliyini ortaya qoyur, onun hər bir insan və hər bir kəs tərəfindən hörmətlə, sevə-sevə öyrənilməsinə şərait yaradır. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dili bu gün artıq dünyada 50 milyondan çox insan üçün ana dilidir. Bu proses günbəgün qloballaşır, davamlı olaraq inkişaf edir. Ölkə başçısının rəhbərliyi ilə Vətənimizdə həyata keçirilən böyük tədbirlər vasitəsilə bu günə qədər dünya xalqlarını təmsil edən milyonlarla insanın ana dilimiz haqqında təəssüratları formalaşmaqdadır.

Təsadüfi deyil ki, Azərbaycan dili istər qədimliyi, istərsə də zənginliyi, rəngarəngliyi və səlisliyi baxımından dünyanın seçkin dillərindən biri sayılır.
Bütün bunlara baxmayaraq, bizim bundan sonra qarşıda duran əsas məqsədimiz dilimizin bu günə qədər olduğu kimi qorunub saxlanılması, türk dilləri ailəsi ilə bağlılığını nəzərə alaraq daha da saflaşması, zənginləşdirilməsi, beləliklə də Türk Dövlətləri Təşkilatının işinə töhfə vermək, vəzifəmizi daha anlamlı həyata keçirməkdir. 

Qeyd edim ki, bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində on minlərlə eko fəal, COP siyasəti ilə məşğul olan mütəxəssislər Azərbaycana səfər edəcəklər. Bu isə, öz növbəsində, xalqımıza yenidən imkan yaradacaqdır ki, təfəkkürümüzün güzgüsü olan Azərbaycan dilinin zənginliyi, təmizliyi, müdrikliyi, müqəddəsliyi hər bir qonağa dərin ehtiram və qonaqpərvərliklə çatdırılsın.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb