Banqladeşdə koronavirusun "omikron" ştamı ilə ilk iki yoluxma halı qeydə alınıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə səhiyyə və ailə rifahı naziri Zahid Mələk açıqlama yayıb.
Onun sözlərinə görə, virusa yoluxmuş hər iki şəxs Banqladeş kriket komandasının üzvləridir, onlar bu yaxınlarda Zimbabvedən ölkəyə qayıdıblar.
Xəstələrin vəziyyəti sabitdir, onlar paytaxt Dəkkədəki oteldə təcrid olunublar.