Təhlükəsiz Azərbaycan!

SOSİAL
18:01 11.12.2019
6366
 Jalə Mütəllimova
 
"Ermənilərin Bakıda çəkdiyi” video adıyla tirajlanan görüntülər adamı dəhşətə gətirirdi. Hamı düşünürdü bunu necə ediblər? Haradan gələ biliblər Bakıya ermənilər? Onu da qeyd edək ki, bu hadisə diqqəti yenidən ölkənin təhlükəsizliyi ilə bağlı məsələyə yönəltdi. Əvvəlcə olaya qədərki vəziyyəti gözdən keçirək. Son dövrlər ölkənin dövlət təhlükəsizliyi ilə bağlı ciddi məqamları və bu məqamların aradan qaldırılması ilə bağlı atılmış olan kifayət qədər əhəmiyyətli addımların şahidi olduq. Belə ki:

- Birinci, ölkədən mühacir daşıyan gizli şirkətlər, onların ofisləri, müxtəlif dövlət qurumlarının, partiyaların saxta ştamp, peçatları, bu işlə məşğul olan siyasi partiya funksionerləri üzə çıxarıldı. Məlum oldu ki, Azərbaycanın siyasi partiyalarından biri mühacir biznesi ilə məşğuldur. O da aşkar edildi ki, təkcə müxalif düşərgədə deyil, həm də hakimiyyətdə olan komandada işə dəstək verənlər var.

- İkinci böyük məsələ radikalların etiraz aksiyaları ilə bağlıdır. Ortaya çıxarıldı ki, ölkədə icazəsiz etiraz aksiyalarına başlamaq, on dörd ildir ağzına su alıb dayanan radikal müxalifətin fərdi təşəbbüsü deyil. Onlar hakim komandada olan bəzilərindən dəstək alır. Həm də, bu dəstəyi ölkə başçısının apardığı islahata qarşı olanlar verir. Ediləcək ciddi dəyişikliklər və yeniliklər onların maraqları ilə üst-üstə düşmür. Ən yaxşı müqavimət radikal güclərlə ittifaqdadır. Sual oluna bilə ki, qazancları nədir? Səlahiyyətlərini qoruyub saxlamaq, talançılıq, rüşvət və fırıldaqlar üçün imkanları itirməmək. Hədəfləri isə ölkəni vətəndaş müharibəsinə sürükləməkdir.

- Üçüncü məsələ xaricdəki söyüş müxalifətinin Bakıdakı "sponsorlar” idi. Hansı ki, Bakıdan göndərilən pullarla Avropada dövlət başçısını, onun ailəsini və dövlətin ayrı-ayrı qollarının rəhbərlərini ədəbsizcəsinə təhqirlərə məruz qoyurdular. İndi havadarları arxalarından çəkilib. Pulsuz qalıblar, dilləri də qısalıb. Adam kimi danışmağı öyrəniblər, daha söymürlər.

- Dördüncü, Bakıdakı diplomatik nümayəndəliklərlə yaradılan məxfi əməkdaşlıqdır idi. Geniş ictimaiətə bəlli oldu ki, özünü xalqa canıyanan göstərənlər əslində müxtəlif diplomatik nümayəndəliklərə hesabat verir və qarşılığında qrant adı altında pul qazanırlar.

Nəhayət, ermənilərin Bakıdakı video çəkilişi məsələsi...Belə bir xəbər növü var, feykk-nyus. Yəni yalan və qıcıq yarada biləcək məlumatların məqsədli tirajlanması. Feyk-nyus, siyasi qarışıqlıq yaratmaq, sosial qalmaqallar salmaq üçün istifadə edilən ən qorxulu vasitələrdən biridir. Daha çox soyuq müharibələr dönəmində, ya da belə müharibələrin başlanması üçün test edilən dövlətlərdə tətbiq olunur. Azərbaycan bu mənada böyük təhlükələrlə, yəni tez-tez feyk-nyusla üzləşir. Azərbaycan üçün Dağlıq Qarabağ və ermənilər mövzusu xarici kəşfiyyatın bir nömrəli feyk-nyusudur. "Ermənilərin Bakıda çəkdiyi video” adıyla tirajlanan görüntülər kimi. Görüntüyə aqressiv yanaşan heç kim feykk-nyus barədə düşünmədi. O da düşünülmədi ki, hansısa kəşfiyyat qrupu özünü bu qədər açığa çıxarmaz. Çünki bu onun hərəkət trayektoriyasını müəyyənləşdirmək üçün çox ciddi əsas olar. Amma o da var ki, sıravi insan peşəkar deyil axı. Onun üçün əlahəzrət fakt feyk nyusdur. Təbii ki, məsələ üç istiqamətdən yoxlanılmalı idi. Birinci, bunu doğurdanmı erməni kəşfiyyat qrupu edib? İkinci, adı, soyadı dəişdirilmiş turist kimi gələnlər edə bilərdi; Üçüncü, səhlənkar azərbaycanlı faktorudur. Əməliyyat tədbirlərindən məlum oldu ki, bunu edən, azərbaycanlılardır. Guya zarafat eləyiblər. Bakıda erməni bayrağı ilə gəzmək, erməni dilində danışmaq, erməni musiqisi dinləyib də millətini söyməklə zarafat eləmək olmaz. Bu "zarafatı” edən ata, oğul, əmi niyə bunu anlaya bilməyib axı? Düşünürsən belə atadan olan oğul başqa nə cür ola bilərdi? Deyirsən, bu uşağın biri əmisi, biri atası olan bu yekə "kişilər” hansı ailədə böyüyüb, tərbiyə alıb görəsən? Mənəviyyatın, milli düşüncənin, milli təəssübün harasındadılar?.. Cavab aydındır heç yerində deyillər...

***

Beləliklə, ən vacib olanı qeyd etməmək olmaz. Eldar Mahmudov olayından sonra ölkənin təhlükəzilik sistemi demək olar çökdürülmüşdü. Ölkə başçısının səyləri ilə bu sistem yenidən quruldu. Dövlət Təhlükəsizlik Xidməti yaradıldı. Müəyyən dönəm üçün ancaq özünübərpa ilə məşğul olan bu dövlət qurumunun başına yeni rəhbər gətirildi. Sabiq təhlükəsizlik naziri, mətbuata açıqlama verməkdən tamamilə uzaq olan bir peşəkar kəşfiyyat adamı, diplomatik təmsilçi Namiq Abbasovun belə bir açıqlaması gündəm oldu: "General Əli Nağıyevin Azərbaycanda təhlükəsizlik orqanına rəhbər təyin edilməsi son illər ölkə başçısının atdığı ən uğurlu addımlardan biridir”. Bu, bir özünü ifadə etməkdədir və hər birimizdə böyük qürur doğurur. Bu, xüsusi olaraq təsdiq edir ki, dövlətçilikdə peşəkarlıq son dərəcə vacibdir. Və bu peşəkarlıq dövlətimizi də, xalqımızı da təhlükəli təhdidlərdən və hücumlardan qoruyur. Ölkə təhlükəsizliyinin keşiyində duran hər kəsə uğur diləyirik və generalı ilə də, əsgəri ilə də çiyin-çiyinəyik. Təki VƏTƏN sağ olsun!..

OXŞAR XƏBƏRLƏR

X Mostbet