Təhlükəsizlik prioritetdədir: TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib

Təhlükəsizlik prioritetdədir: TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib
İQTİSADİYYAT
10:44 20.04.2026
711

Aparıcı video platforma olan TikTok Azərbaycanda icmanın təhlükəsizliyini prioritet olaraq qorumağa davam edir. Yaradıcılıq üçün rahat mühit yaratmaq məqsədilə platforma innovativ texnologiyalardan istifadə edir, dünya üzrə on minlərlə mütəxəssisi cəlb edir, alət və resurslarını davamlı olaraq təkmilləşdirir.

Bu səylər çərçivəsində TikTok Azərbaycan dilində yeni Etibar və Təhlükəsizlik Mərkəzini istifadəyə verib. Bu mərkəz İcma Qaydalarını,Şəffaflıq Mərkəzinivə faydalı məlumat resurslarını vahid bir strukturda birləşdirir. Bu da istifadəçilərə zəruri məlumatları daha sürətli və rahat şəkildə tapmağa imkan verir, şirkətin etibar və təhlükəsizlik məsələlərinə sadiqliyini nümayiş etdirir.

Xüsusilə, Şəffaflıq Mərkəzi platforma qaydalarının tətbiqi ilə bağlı məlumatlara açıq çıxış təmin edir. Buraya silinmiş kontent barədə məlumatlar da daxildir və bu məlumatlar TikTok-un rüblük hesabatlarında mütəmadi olaraq dərc edilir.

TikTok platforması 2025‑ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib.

2025-ci ilin yekunlarına görə, TikTok Azərbaycanda əvvəlki illə müqayisədə daha çox kontenti silib:

•                   İcma Qaydalarının pozulması səbəbi ilə 3,6 milyondan çox video silinib(2024-cü ildə təxminən 3,1 milyon kontent vahidi silinmişdi).

•                   Videoların 99,3%-i proaktiv şəkildə, yəni şikayət edilməzdən əvvəl silinib (2024-cü ildə bu göstərici 97% təşkil edirdi).

•                   Videoların 96,3%-i dərc edildikdən sonraki 24 saat ərzində silinib (2024-cü ildə bu göstərici 94% idi).

Platforma dünya üzrə nə qədər kontenti silib

2025-ci ilin yekunlarına görə, dünya üzrə:

•                   İcma Qaydalarının pozulması səbəbi ilə 780 milyondan çox video silinib

•                   Videoların 99,1%-i proaktiv şəkildə, yəni şikayət edilməzdən əvvəl silinib

•                   Videoların 94,2%-i dərc edildikdən sonraki 24 saat ərzində silinib

Gənc istifadəçilərin təhlükəsizliyi

TikTok platforması yalnız 13 yaşına çatmış istifadəçilər üçün nəzərdə tutulub və platformanın moderator komandası bu yaş həddinə çatmamış istifadəçilərə aid hesabları müəyyən edib silir. Beləliklə, 2025-ci il ərzində dünya üzrə 13 yaşından kiçik istifadəçilərə aid təxminən 93,5 milyon hesab silinib.

Canlı yayımların təhlükəsizliyi

2025-ci ildə platforma TikTok LIVE populyar canlı yayımları çərçivəsində icma təhlükəsizliyinə xüsusi diqqət yetirib. TikTok-da qeyd ediblər ki, dayandırılmış canlı yayımların sayı əhəmiyyətli dərəcədə artıb və müəlliflərə qarşı tədbirlər, o cümlədən monetizasiyanın dayandırılması və xəbərdarlıqlar tətbiq olunub.

2025-ci il ərzində dünya üzrə təxminən 131 milyon canlı yayım İcma Qaydalarının pozulması səbəbi ilə bloklanıb. 2025-ci ilin ikinci rübündən etibarən TikTok canlı yayımlarda monetizasiya qaydalarının tətbiqi ilə bağlı məlumatları açıqlamağa başlayıb. Bu tədbirlər pozulan kontentin monetizasiyasının qarşısını almağa yönəlib. Əvvəlcə müəlliflərə xəbərdarlıqlar göndərilir ki, onların kontentinin qaydalara uyğun olmaya biləcəyini başa düşsünlər və dəyişiklik etməyə imkanları olsun. Əgər pozuntular davam edirsə, TikTok müəllifin canlı yayımlarda monetizasiya funksiyasına çıxışını məhdudlaşdıra bilər. Beləliklə, 2025-ci ilin üç rübü ərzində dünya üzrə təxminən 24 milyon canlı yayıma və 12,5 milyon müəllifə xəbərdarlıqlar və monetizasiyanın dayandırılması daxil olmaqla tədbirlər tətbiq olunub.

 

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər