Təhlükəsizlik Şurasının sədri: "Lukaşenko Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilər"

Təhlükəsizlik Şurasının sədri: "Lukaşenko Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilər"
DÜNYA
15:20 25.06.2023
211
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə Rusiya arasındakı ehtimal edilən danışıqlarda vasitəçi ola bilər.

Bunu Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov tviterdə yazıb.

O bildirib ki, "Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamı Rusiyadakı mövcud rejimin dağıdılmasının ilkin mərhələsidir.

O.Danilovun sözlərinə görə, "Vaqner”lə bağlı baş verənlər planın bir hissəsidir: "Vladimir Putinin yeganə yolu "Vaqner”in ləğvi, Yevgeni Priqojinin nümayişkarənə şəkildə cəzalandırılmasıdır”.

Şura sədri qeyd edib ki, mütləq qiyamın nəticələri olacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR