Moskvada yaşayan 75 yaşlı azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.
AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı "Actors Agency”nin təsisçisi və rəhbəri Səbuhi Məmmədov feysbuk hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, L.Xələfova hazırda xəstəxanadadır:
"Xələfova sağalmağa doğru gedir. O, səhhəti ilə bağlı fəaliyyət göstərə bilməyəcək. Onun yanında ailəsi və dostları var. Aktrisaya qızı Elnarə Vəzirova baxır”.
Qeyd edək ki, o, "İstintaq davam edir”, "Təhminə”, "Sən həmişə mənimləsən”, "De ki, məni sevirsən!”, "Kənar adamlar”, "Şir evdən getdi”, "Hədiyyə” və başqa filmlərdə rol alıb.