"Tehran" serialının israilli prodüseri Dana Eden Yunanıstanın paytaxtı Afinada hotellərin birində ölü tapılıb.
AZXEBER.COM xəbər verir ki, bir neçə gündür 52 yaşlı prodüserlə əlaqə saxlaya bilməyən qardaşı onun cansız bədənini hotel otağında aşkarlayıb.
İlkin məlumata görə, otaqda çoxlu həb də olub. Həmçinin Edenin boyun və əllərində şişkinliklər qeydə alınıb.
Hazırda polis və yerli hakimiyyət orqanları hadisəni araşdırır.
Qeyd edək ki, Eden sözügedən serialın dördüncü mövsümünün çəkilişi üçün Yunanıstanda idi. Ekran işinin istehsal şirkəti Edenin ölümünün siyasi səbəblərlə və ya hər hansı bir sui-qəsd nəticəsində olması barədə yayılan iddiaları təkzib edib.










































