Tehran zərbələr altında: Hərbi obyektlər vuruldu, işıqlar söndü
DÜNYA
09:30 30.03.2026
169
İsrail Hərbi Hava Qüvvələri Tehran şəhərinə yeni zərbələr dalğasına başlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, hücumların hədəfi Tehrandakı hərbi obyektlər olub.
Hadisə fonunda İran ərazisində elektrik enerjisində fasilələrlə bağlı məlumatlar daxil olur. "Fars" agentliyinin məlumatına görə, Tehrana yaxın yerləşən Kərəc şəhərində və paytaxtın bəzi rayonlarında işıqlar sönüb.