Tehranda yerləşən Sepah Bankın rəqəmsal təhlükəsizlik mərkəzi raket hücumuna məruz qalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı hərbçilər maaşlarını alarkən bina hədəfə alınıb və nəticədə obyekt tamamilə dağılıb.
Hadisədən sonra İranın iki böyük maliyyə qurumu - Sepah Bank və Bank Melli Iran sistemlərində ciddi problemlər yaranıb, onlayn bank xidmətləri müvəqqəti olaraq dayandırılıb.
İranın xarici işlər naziri Abbas Əraqçi hücumun ABŞ və İsrailin birgə əməliyyatı olduğunu iddia edərək qisas alınacağını bildirib. Nazir vurğulayıb ki, ölkənin milli infrastrukturu hədəf alınıb və İran silahlı qüvvələri buna cavab verəcək.
İran rəsmiləri bölgədə banklar və maliyyə qurumlarının hədəfə alına biləcəyi barədə xəbərdarlıq ediblər.
Gülay










































