Tehranda dəhşətli qəza - Ölənlər və 90-a yaxın yaralı var

Tehranda dəhşətli qəza - Ölənlər və 90-a yaxın yaralı var
DÜNYA
18:11 01.03.2017
1044

 

İranın paytaxtı Tehranda qəribə yol-nəqliyyat hadisəsi baş verib.

İnsident Tehranın cənubunda Moləvi küçəsində evsizlərin toplaşdığı ərazidə baş verib. Belə ki, yetkinlik yaşına çatmayan sürücü təcrübəsizliyi səbəbindən idarəetməni itirərək avtomobili kütlənin üzərinə sürüb və daha sonra avtomobili saxlaya bilməyib.

Qəza nəticəsində azı 2 nəfər ölüb, 90-a yaxın adam yaralanıb.

 

Həmin sürücü polis tərəfindən saxlanılıb.


///Trend
OXŞAR XƏBƏRLƏR