Tehranda ikimərtəbəli yaşayış binası uçdu - 7 nəfər xəsarət aldı

Tehranda ikimərtəbəli yaşayış binası uçdu - 7 nəfər xəsarət aldı
DÜNYA
20:08 10.04.2023
230
İranın paytaxtı Tehran şəhərində ikimərtəbəli yaşayış binasının uçması nəticəsində 7 nəfər xəsarət alıb.
 
Bu barədə yerli "Tasnim” agentliyi Tehranın xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Xidmətdən bildirilib ki, qəzaya səbəb qaz partlaması olub.

Hadisə yerinə gələn xilasedicilər 7 nəfəri binanın dağıntıları altından çıxarıb və onların hamısı xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR