Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq - Polisdən xəbərdarlıq

DÜNYA
11:02 06.05.2019
4198
Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib.

H.Rəhimi bildirib: "Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik”.

Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.

Onun sözlərinə görə, yemək sifarişi həyata keçirmək istəyən hər hansı iaşə mərkəzi polisdən lazımi icazəni almalıdır.

H.Rəhimi bildirib ki, otellər və kinoteatrlar iftardan səhərədək fəaliyyət göstərə bilərlər.

OXŞAR XƏBƏRLƏR