Tehranda yaşayış binasında partlayış: Azı dörd nəfər ölüb

Tehranda yaşayış binasında partlayış: Azı dörd nəfər ölüb
DÜNYA
16:45 05.03.2023
188
Bazar günü İranın paytaxtında yaşayış binasında baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub.

Bu barədə "Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, azı altı nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Tehran polisi iddia edir ki, evdə partlayıcı maddələrin istehsalı sexi olub.

Hadisə ilə bağlı başqa təfərrüat hələlik açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR