Təhsil haqlarının artırılması ilə bağlı hər hansı məsələ hazırda gündəmdə deyil.
Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, təhsil haqları Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təsdiqlənir.