Təhsil krediti almaq üçün müraciət edən tələbələrin sayı AÇIQLANDI

Təhsil krediti almaq üçün müraciət edən tələbələrin sayı AÇIQLANDI
SOSİAL
19:15 14.10.2023
190
Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan AZXEBER.COM-a bildirilib ki, indiyədək 33 958 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 24 637 nəfərin müraciəti rəsmiləşdirilib.

Müraciət edənlərin 19 051 nəfəri qadın, 14 907 nəfəri kişidir. Ümumilikdə 14 332 qadın, 10 305 kişinin müraciəti rəsmiləşdirilib.
OXŞAR XƏBƏRLƏR