AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Heydər Mirzə Demokrat.az-a danışıb.
"Bu, həmin imkanlardan mütləq şəkildə sui-istifadə olunacağı anlamına gəlməsə də, belə ehtimalın mövcudluğu nəzərə alınmalıdır. Məhz buna görə proses üzərində effektiv və şəffaf nəzarət mexanizmlərinin qurulması vacib hesab olunur. Bu prosesdə əsas maraqlı qurumlardan biri Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir. Çünki qəbul edilən bütün qərarlar sonda hərbi xidmətə cəlb olunan şəxslərin Silahlı Qüvvələrin sıralarında xidmətə başlaması ilə nəticələnir. Bu baxımdan, nəzarət mexanizmlərində Müdafiə Nazirliyi nümayəndələrinin iştirakı zəruri görünür. Nazirlik üçün əsas prioritet ordunun şəxsi heyətlə təmin olunması, hər kəsin vətən qarşısındakı borcunu yerinə yetirməsi və xidmətə cəlb olunan şəxslərin sağlamlıq vəziyyətinin uyğun olmasıdır.
O əlavə edib ki, hazırda Azərbaycanda nəzarət mexanizmləri mövcuddur və sistemli, ciddi problem müşahidə edilmir:
"Müzakirə daha çox mövcud mexanizmlərin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkədə baş verən hər hansı problem qısa zamanda ictimailəşdiyi üçün proseslər üzərində ictimai nəzarət də müəyyən səviyyədə təmin olunur. Bu səbəbdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ictimai sektor nümayəndələrinin prosesdə daha fəal iştirakı nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından faydalı ola bilər.”











































