Təhsil naziri: "Ermənilər 9 məktəbə ciddi ziyan vurub"

Təhsil naziri: "Ermənilər 9 məktəbə ciddi ziyan vurub"
Siyasət
16:45 30.09.2020
600

"Son günlər ərzində ermənilərin təcavüzkar siyasi nəticəsində 14 bölgədə 420 məktəbin fəaliyyəti məhdudlaşdırılıb. Bu məsələ daim nəzarətdədir".

AZXEBER.COM xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ağır artilleriyadan atılan atəşlər nəticəsində 9 məktəbə ciddi ziyan dəyib:

"İki şagirdimiz həlak olub, bir müəllimimiz yaralanıb. Biz nikbinik və əminik ki, orudumuz qısa müddətdə torpaqlarımızı azad edəcək və orada tədris bərpa ediləcək".

OXŞAR XƏBƏRLƏR