Təhsil nazirinin müavini Qulu Novruzov işdən çıxarıldı

SİYASƏT
17:10 12.07.2013
3263

Qulu Novruzov təhsil nazirinin müavini vəzifəsindən azad olunması barədə məlumatı təsdiqləyib

Təhsil nazirinin müavini Qulu Novruzov tutduğu vəzifədən azad olunması ilə bağlı mətbuatda gedən yazılara aydınlıq gətirib. Qulu Novruzov APA-ya açıqlamasında tutduğu vəzifədən azad olunması ilə bağlı məlumatı təsdiqləyib. O qeyd edib ki, nazirlikdən getməsi gələcək fəaliyyəti üçün növbəti bir addımdır: “Bundan sonrakı fəaliyyətimdə də Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, qazandığım bilik, bacarıq və təcrübəni cənab prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi inkişaf strategiyası çərçivəsində dövlətimizə faydalı olacaq bir sahədə sərf etməkdə davam edəcəyəm”.

OXŞAR XƏBƏRLƏR