Təhsil Nazirliyi tələbələrə və təhsil müəssisələrinə müraciət etdi
SOSİAL
15:49 02.11.2020
1427
Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən
https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq.
Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, müraciətlər üçün son tarix 10 noyabr 2020-ci il nəzərdə tutulur.
Tələbələrin qeyd edilən tarixədək
https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilmiş qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir.
Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən
https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.