Təhsil Nazirliyində yeni təyinat

Təhsil Nazirliyində yeni təyinat
SOSİAL
22:36 17.12.2020
3979
Azərbaycan Təhsil Nazirliyində yeni təyinat olub.
 
AZXEBER.COM xəbər verir ki, "Report”un əldə etdiyi məlumata görə, Səbuhi Rzayev Nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdir müavini təyin edilib.

Bundan əlavə Təhsil Nazirliyinin Vətəndaş müraciətlərinə baxılması sekotrunun müdiri vəzifəsi də ona həvalə edilib.

1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

O, bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışıb.
OXŞAR XƏBƏRLƏR