Azərbaycan prezidenti İlham Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin quraşdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 392 000 manatı Təhsil Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Sıra №-si |
Təhsil müəssisələrinin adları |
Ayrılan vəsait |
1 |
İsmayıllı rayonu Gəndov kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
262 000 |
2 |
İsmayıllı rayonu Girk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285 000 |
3 |
İsmayıllı rayonu Uştaqlışlaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
315 000 |
4 |
Şamaxı rayonu Talışnuru kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
330 000 |
5 |
Şamaxı rayonu Ərciman kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
390 000 |
6 |
Şamaxı rayonu Cıraqlı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
230 000 |
7 |
Şamaxı rayonu Cabanı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
230 000 |
8 |
Şamaxı rayonu Çağan kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
230 000 |
9 |
Şamaxı rayonu Laləzar kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
330 000 |
10 |
Şamaxı rayonu Sabirli kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
230 000 |
11 |
Qobustan rayonu Şıxzərli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
425 000 |
12 |
Ağsu rayonu Sanqalan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285 000 |
13 |
Ağsu rayonu Abasxanlı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
425 000 |
14 |
Ağsu rayonu Sarvan kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
425 000 |
|
Cəmi |
4 392 000 |