Təhsil Nazirliyinin jurnalına yeni baş redaktor təyin edildi

Təhsil Nazirliyinin jurnalına yeni baş redaktor təyin edildi
SOSİAL
11:41 02.02.2021
365
Təhsil Nazirliyinin "Azərbaycan məktəbi" jurnalına yeni baş redaktor təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, baş redaktor vəzifəsi Arzu Bəyimə həvalə olunub.

O, bu təyinata qədər Bakı Uşaq və Gənclər Teatrında Ədəbi hissə müdiri işləyib.

A.Bəyim "Report”a açıqlamasında planlarından danışıb. O bildirib ki, "Azərbaycan məktəbi" jurnalı Azərbaycanın ən yaşlı mətbuat orqanlarından biridir, 1934-cü ildən nəşr olunur: "Jurnal elmi-nəzəri-pedeqoji mətbuat orqanıdır. Məqsədimiz jurnalı daha da genişləndirmək və dünya standratları səviyyəsində dərc etməkdir. Eyni zamanda jurnal vasitəsi ilə dünya elminin yeni naliyyətlərini Azərbaycana gətirmək, Azərbaycan elminin nailiyyətlərini isə dünyaya çatdırmaqdır".

Qeyd edək ki, Arzu Bəyimdən öncə jurnalın baş redaktoru Ramil Nəcəf olub.
OXŞAR XƏBƏRLƏR