Təhsil sahəsinə ayrılan 3 milyard 884 milyon 325 min 660 manat nəyə xərclənəcək? - Ekspert açıqladı

Təhsil sahəsinə ayrılan 3 milyard 884 milyon 325 min 660 manat nəyə xərclənəcək? - Ekspert açıqladı
SOSİAL
14:49 27.10.2021
457
Xəbər verdiyimiz kimi, gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 884 325 660,0 manat vəsait ayrılıb. Bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Bəs ayrılan bu vəsait təhsil sahəsində hansı yeniliklərə səbəb olacaq?
 
AZXEBER.COM bu sualla təhsil üzrə ekspert Elçin Əfəndiyə müraciət edib. 

Ekspert qeyd edib ki, bu vəsait informasiya texnologiyalarının inkişafı üçün vacibdir:

"Bu vəsait bir çox məsələləri əhatə edəcək. Buraya məktəbəqədər təhsil pilləsi, orta və ali ümumitəhsil müəssisələri, orta ixtisas təhsil müəssisələri və müəyyən qədər məktəblərin təmir və bərpası, eyni zamanda yeni tipli məktəblərin salınması, həmçinin modul tipli məktəblər daxildir. Ümumi olaraq 1 milyard manata yaxın da sırf bu istiqamətə xərclənəcək. Digərləri isə dediyim kimi təhsilin müxtəlif pillələri üzrə əhatə edəcək. Amma düşünürəm ki, burada bizim üçün vacib olan sırf onlayn təhsil zamanı da üzə çıxdı ki, informasiya texnologiyaları avadanlıqları cəhətdən də geridə qalmışıq, çox çətinlik çəkirik. Ona görə də, yaxşı olar ki, orta ümumitəhsil müəssisələri, eyni zamanda təhsilin müxtəlif pilləsi üzrə təhsil verənlərin hər birində informasiya texnologiyaları avadanlıqları quraşdırılsın. Bunun üçün də ayrılmış həmin büdcədən müəyyən qədər vəsit ayrılmalıdır.

Eyni zamanda təhsilə aidiyyatı olan şəxslər, hansı ki, buraya daha çox pedoqoji heyət, müəllimlər, təhsil verənlər daxildir. Sırf onların lazımi avadanlıqlarla təmin olunması, bəzi texnologiyaların istifadəsində əziyyət çəkənlərin müəyyən bilik və təcrübə qazanmaları üçün də vəsait lazımdır. Eyni zamanda onların planşet, ağıllı telefonlarla təmin olunmaları vacibdir. Yəni bu istiqamətdə vəsaitlərin ayrılması daha məqsədəuyğun olar. Burada, həmçinin, müəllimlərin əməkhaqqısı üçün də yaxşı olar ki, bir qədər vəsait ayrılsın. Müəllimlərin əməkhaqqısının artırılması da müəllimlər üçün motivasiya olar, belə olan halda dərslərə daha məsuliyyətli yanaşarlar”.
 


Ekspert onu da qeyd edib ki, bu vəsaitin ayrılması distant təhsilin inkişafına da müsbət təsir edəcək:

"Biz pandemiya dövründə müşahidə etdik ki, distant təhsilə tam hazır deyilik. İndi ən azından müvafiq baza formalaşıb və bu bazanı təkmilləşdirmək lazımdır. Biz gələcəkdə hər hansı bir fövqəladə hadisənin baş verməsindən və ya yenidən daha kritik pandemiyanın olacağından sığortalanmamışıq. Ona görə də, biz həmin dövr üçün hazırlıqlı olmalıyıq ki, yenə də qəfil yaxalanmayaq. Necə ki, ötən ilin mart ayında biz bununla üzləşdik. İlkin vaxtlarda müvafiq qurumlar çaşqınlıq içərisində idi. Dərslərin hansı qaydada tədris olunması ilə bağlı tərəddüd içərisində idilər. Sonradan tədricən müəyyən tədbirlərlə uyğunlaşma oldu. Ona görə də, biz indidən bu cür hadisələrlə hazırlaşmalıyıq ki, bunun üçün də müəyyən vəsait lazımdır”.

Onu da diqqətə çatdıraq ki, layihədə həmin xərclərin 376 858 452,0 manatı məktəbəqədər təhsilə, 2 090 153 867,0 manatı ümumi təhsilə, 63 815 386,0 manatı peşə təhsilinə, 87 300 596,0 manatı orta ixtisas təhsilinə, 59 987 844,0 manatı ali təhsilə, 3 937 523,0 manatı əlavə təhsilə, 7 015 701,0 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 195 256 291,0 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılması qeyd olunub.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı