Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsini elan edir.
AZXEBER.COM xəbər verir ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 13.04.2026-cı il tarixindən başlayaraq 30.04.2026-cı il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı










































