Təhsilə büdcə vəsaiti 4 dəfə artırıldı - valideynlər “fond pulu”ndan qurtulacaq?

Təhsilə büdcə vəsaiti 4 dəfə artırıldı - valideynlər “fond pulu”ndan qurtulacaq?
SOSİAL
10:54 01.06.2024
124
2024-cü ilin ilk rübündə təhsil sahəsinə 12 milyon 322,4 min manat vəsait ayrılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 31,1 min manat və ya 3,7 dəfə çoxdur. Bu sahəyə ayrılan vəsaitlər ümumi yatırımların 0,3%-ni təşkil edib. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart ayları üzrə ayrılan vəsaitlərin həcmi 3 milyon 291,3 min manat təşkil edib. Göründüyü kimi, bu il vəsait bir neçə dəfə artırılıb. Bəs bu vəsait hansı istiqamətlər üçün xərclənəcək? Məktəblərdə nəhayət ki, "fond pulu” adıyla müxtəlif yuyucu vasitələrin, kağız üçün, printer üçün, otaqların təmiri üçün, sınan, xarab olan avadanlıqların təmiri və sairə üçün valideynlərdən pul yığılmasına son qoyulacaqmı?  Ali təhsil müəssisələri üçün nələr nəzərdə tutulub? 

 

Kamran Əsədov

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deyib ki, Azərbaycanda təhsil xərclərinin böyük hissəsi dövlət tərəfindən ödənilir: "UNESCO-nun 2023-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında bildirilir ki, təhsil xərclərinin müəyyən hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür. Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir. Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda isə 3,8 faizdir. Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir. Bir məqamı da qeyd edim ki,  Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-in 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir.

Amma Azərbaycanın ana maliyyə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibari ilə yüksək olmadığı məlum olur. Yəni, investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur.

Düzdür, son 2 il ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Lakin bu sahədə daha ciddi islahatlara ehtiyac var. Faktiki olaraq təhsil sektorunda çalışanların böyük qisminin digər iqtisadi sahələrdə aktiv fəaliyyət imkanlarının olmaması onların əlavə gəlirlər əldə etməsini azaldır və nəticədə bu sahədə çalışan insanların maliyyə təminatı zəif hesab edilir. Çünki müəllimlər təxminən 400 manat məvaciblə ailə büdcələrini formalaşdırdığı halda onlardan keyfiyyət tələb etmək mümkün deyil. Ölkənin şəhər və kəndlərində son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Təəssüf ki, hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı yoxdur. Hesab edirəm ki, təhsil sektorunda investisiya qoyuluşlarının şəffaflığının artırılmasına ciddi ehtiyac var".

Ekspert əlavə edib ki, ali təhsil müəssisələrinin maliyyə fəaliyyəti ilə bağlı şəffaflıq yoxdur: "Universitetlərin maliyyə hərəkətliliyini görmək olmur. Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri kimi bu sahədə apardığım araşdırmalar göstərir ki, təhsilə ayrılan dövlət investisiyasından bir çox hallarda səmərəsiz istifadə edirlər. Araşdırmanın nəticələrindən aydın olub ki, eyni ildə, yəni bərabər iqtisadi mühitin diktəsində ABŞ səfirliyi tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələrində bir şagird yeri üçün orta hesabla 638 manat vəsait xərcləndiyi halda Elm və Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə analoji xərc 3 dəfə çox və ya 1870 manat təşkil edib. Çıxarılan nəticə ondan ibarətdir ki, hökumət son illər təhsil istiqamətində investisiya xərclərini artırsa da, bu vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivlik təmin edilməyib. Lakin qeyd etmək lazımdır ki, ötən illər ərzində həm ümumtəhsil, həm də məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilmə vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşıb.

Dünya təcrübəsindən misal olaraq Türkiyədə parlamentə daxil olan büdcə sənədində bütün universitetlər üzrə proqnozlaşdırılan maliyyənin həcmini görmək olur. Türkiyə demişkən, bu ölkənin 2022-ci il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18 faizi təhsilə ayrılacaq və təhsil 1-ci yerdədir. Bizdə bu göstərici 10 faiz ətrafındadır və 3-cü yerdədir. Eyni zamanda Türkiyədə gələn il bütün təhsil xərclərinin 25 faizi universitetlərə gedəcək. Bizdə isə 9 faizdən azdır. Türkiyədə gələnilki cəmi büdcə xərclərinin 5 faizi ali təhsilə gedir, bizdə isə bu göstərici 1,5 faiz ətrafındadır.

Hesab edirəm ki, büdcədən elmə, elmi tədqiqatlara daha çox vəsait ayrılmalıdır. Bundan başqa gənclərin elmə gəlməsi üçün stimullaşdırıcı təbirlərin əhatəsi genişləndirilməlidir. Universitetlərə ayrılan vəsaitlərdən dəfələrlə az məbləğdə təmir-bərpa işlərinin görülməsinin şahidi oluruq. Düzdür, dövlət büdcəsindən təhsilin pillələri üzrə ən az xərc ali təhsilə ayrılır. Amma buna baxmayaraq, universitetlərin də tələbələrin təhsil haqlarından kifayət qədər gəlirləri olur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Belqradda etirazçıların sayı 100 mini ötüb
04:13 16.03.2025
Belqradda etirazçıların sayı 100 mini ötüb
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
02:13 16.03.2025
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib