TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub - FOTO

TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub - FOTO
SOSİAL
20:12 18.07.2025
236
İyulun 18-də Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional TəhsilPlus kartının təqdimat mərasimi baş tutub.

AZXEBER.COM xəbər verir ki, tədbirdə təşkilatçı qurumların rəhbərliyi, Elm və Təhsil Nazirliyi və ona tabe strukturların təmsilçiləri, korporativ tərəfdaşlar, əməkdaşlıqda maraqlı şirkətlər, həmçinin müxtəlif media qurumlarının nümayəndələri iştirak edib.

Rəsmi hissədə ilk olaraq, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və bu məqsədlə həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib. Nazir müavini təhsil işçilərinin cəmiyyətin inkişafındakı rolunu vurğulayaraq, bu kimi sosial təşəbbüslərin davamlı və daha genişmiqyaslı olmasının vacibliyini qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun 4 illik fəaliyyətinə dair geniş təqdimatla çıxış edib. O, Fondun son dövrlərdəki fəaliyyət istiqamətlərini diqqətə çatdıraraq, xüsusilə rəsmi vebsaytın yenilənməsi, "İanə et” bölməsinin istifadəyə verilməsi, Qarabağ Təqaüd Proqramının təsis olunması, TələbəPlus kartı çərçivəsində görülən işlərlə bağlı məlumatları diqqətə çatdırıb, ümumi statistik məlumatları bölüşüb.

Sədr, həmçinin Fondun yeni təşəbbüsü olan TəhsilPlus kartını ön plana çəkərək, hədəf qrupu, üstünlükləri, faydalarından söz açıb. Qeyd olunub ki, çoxfunksional kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və 450 min nəfəri əhatə etməsi planlaşdırılır.

Daha sonra Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Kapital Bank üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və bu istiqamətdə atılan hər addım gələcəyə sərmayə kimi qiymətləndirilir. TələbəPlus kartının uğurundan bəhs edən Fərid Hidayətzadə, artıq 200 minə yaxın tələbənin bu imkanlardan faydalandığını bildirib. TəhsilPlus kartının isə daha geniş auditoriyanı – müəllim və təhsil işçilərini əhatə etdiyini, onlara müxtəlif güzəştlər və üstünlüklər təqdim edəcəyini diqqətə çatdırıb. Sonda o, layihənin tərəfdaşlarına təşəkkürünü bildirərək, təhsil sahəsində birgə daha çox uğurlu layihələrə imza atılacağına inandığını bildirib.

"Mastercard” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar TəhsilPlus kartının rəqəmsal və çoxfunksiyalı imkanlarını "Mastercard” texnologiyalarının təmin etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkə üzrə ilk bu tip kartın sahibləri "Mastercard”ın "Priceless Specials” platforması çərçivəsində xüsusi endirimlərdən də yararlana biləcəklər.

TəhsilPlus kartının uğurla reallaşdırılması istiqamətində atılan ilk strateji addımlardan biri Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu olub. Sözügedən üçtərəfli sənəd Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və "Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov tərəfindən imzalanıb.

Tərəflər arasında strateji tərəfdaşlığın rəsmi təsdiqi olan memorandum gələcəkdə TəhsilPlus kartının funksionallığının və əhatə dairəsinin genişləndirilməsi üçün də əsas baza rolunu oynayır.

Daha sonra Fondun nümayəndəsi Aysel Məhərrəmova TəhsilPlus layihəsinə qoşulmaq imkanları barədə məlumat verib. Bildirilib ki, maraqlı şirkətlər Fondun rəsmi internet səhifəsində yerləşən müvafiq əlaqə vasitələri ilə müraciət edərək, TəhsilPlus kartı istifadəçilərinə öz məhsul və xidmətlərini təqdim etmək vasitəsilə layihəyə töhfə verə bilərlər.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən "Cadenza” orkestrinin təqdimatında bədii hissə ilə davam edib.

Qeyd edək ki, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə, onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyan TəhsilPlus kartı yeni tədris ilində istifadəçilərə təqdim ediləcək.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hemodializ və onun ağuşuna düşən gənc jurnalist - Mikayıl Mirzəzadə yazır
23:32 18.07.2025
Hemodializ və onun ağuşuna düşən gənc jurnalist - Mikayıl Mirzəzadə yazır
Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib - FOTOLAR
23:28 18.07.2025
Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib - FOTOLAR
KİV: ABŞ Suriyada sabitliyin yaranması üçün İsrailə təzyiq edir
23:16 18.07.2025
KİV: ABŞ Suriyada sabitliyin yaranması üçün İsrailə təzyiq edir
Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir
22:51 18.07.2025
Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir
İsrail ordusu HƏMAS komandirini məhv edib
22:38 18.07.2025
İsrail ordusu HƏMAS komandirini məhv edib
Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürdü
22:18 18.07.2025
Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürdü
KİV: Si Cinpin Putin və Trampla üçtərəfli görüş keçirməyi planlaşdırır
22:10 18.07.2025
KİV: Si Cinpin Putin və Trampla üçtərəfli görüş keçirməyi planlaşdırır
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
22:02 18.07.2025
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
“İsrail-Suriya gərginliyi artacaq və ümumi sabitlik pozulacaq” - Deputat
21:54 18.07.2025
“İsrail-Suriya gərginliyi artacaq və ümumi sabitlik pozulacaq” - Deputat
Ukrayna vətəndaşı Qazaxda çayda boğuldu
21:43 18.07.2025
Ukrayna vətəndaşı Qazaxda çayda boğuldu
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
21:30 18.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı
21:18 18.07.2025
Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı
Ermənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb
21:06 18.07.2025
Ermənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb
"Avropa üçlüyü" və İran arasında gələn həftə görüş baş tuta bilər
20:57 18.07.2025
"Avropa üçlüyü" və İran arasında gələn həftə görüş baş tuta bilər
Şirvan sakini sirkə turşusundan zəhərlənərək öldü
20:44 18.07.2025
Şirvan sakini sirkə turşusundan zəhərlənərək öldü
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
20:38 18.07.2025
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər