Tək başına burun əməliyyatı etmək istəyən şəxs qanlar içində xəstəxanaya yerləşdirildi

Tək başına burun əməliyyatı etmək istəyən şəxs qanlar içində xəstəxanaya yerləşdirildi
DÜNYA
12:31 02.08.2022
839
Özünü rinoplastika etmək istəyən şəxs qanlar içində xəstəxanaya çatdırılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın San-Paulu şəhərində yaşayan burnunun görkəmindən razı qalmayan kişi təkbaşına rinoplastika əməliyyatı etmək cəhdindən sonra reanimasiya şöbəsinə aparılıb.

Lakin əməliyyat zamanı işlər arzuladığı kimi getməyib. Həddindən artıq qan itkisindən əziyyət çəkən şəxs dərhal xəstəxanaya çatdırılıb. Həkimlər əvvəlcə nə baş verdiyini anlamaqda çətinlik çəksələr də, həqiqəti öyrənəndə şoka düşüblər.

Vəziyyəti pisləşərək reanimasiya şöbəsinə yerləşdirilən şəxsin müalicəsi davam edir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR