Tək yaşayan yaşlı qadın evində ölü tapıldı

Tək yaşayan yaşlı qadın evində ölü tapıldı
DÜNYA
23:46 28.04.2025
136
Tək yaşayan yaşlı qadın evində ölü tapılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kostomonu bölgəsində baş verib.

Belə ki, evində tək yaşayan Şahizer Ergün (85 yaş) adlı qadından xəbər ala bilməyən yaxınları vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Xilasedicilər yaxınları ilə birlikdə evə gələrək 6-cı mərtəbənin pəncərəsini sındıraraq içəri daxil olublar. 

Xilasetmə qrupları Ergünü yerdə hərəkətsiz vəziyyətdə taparaq vəziyyəti polisə xəbər veriblər.

Müayinədən sonra Ergünün cəsədi morqa aparılıb.

Qeys edək ki, polis qrupları aprelin 22-də Ergünün mənzilinin qapısında qalmış poçt bildirişini tapıb və onun bu tarixdən əvvəl ölmüş ola biləcəyi ehtimalını nəzərdən keçiriblər.

Oksana
OXŞAR XƏBƏRLƏR