Tək Zəhramız yox, canımız da yandı - VİDEO

Tək Zəhramız yox, canımız da yandı - VİDEO
SOSİAL
17:28 06.07.2017
12541
Xəbər verdiyimiz kimi, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib.
 
Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
 
AZXEBER.COM bu müsibətlə bağlı videosüjet hazırlayıb.
 
Videosüjetdə səslənən "Körpələrin səsi" mahnısının sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanova, musiqisi Hakan Erola məxsusdur. Bu əsəri xalq artistləri Zülfiyyə Xanbabayeva və Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova və Abbas Bağırov ifa ediblər.
 
Yaxın günlərdə mahnı ingilis dilində dünya ictimaiyyətinə çatdırılacaq:
 
OXŞAR XƏBƏRLƏR