Təkər dolu daha 23 yük avtomobili cəbhəyə yola salınıb

Təkər dolu daha 23 yük avtomobili cəbhəyə yola salınıb
SOSİAL
17:51 02.10.2020
872

"Hər şey Vətən üçün” aksiyası çərçivəsində təkər dolu növbəti yük avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb.

Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilıb.

Məlumata görə, bu dəfə 23 yük avtomobili ilə 16000-dən artıq təkər göndərilib.

"Hər şey Vətən üçün” aksiyasına İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər” ASC də qoşulub. Yola salınan təkərlərin 10 mini Balaxanı poliqonundan toplanılıb.

Xatırladaq ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra BNA Müdafiə Nazirliyi ilə birgə "Hər şey Vətən üçün” aksiyasına başlayıb. Ötən müddətdə cəbhəyə 83 yük avtomobili ilə 42 500-dən artıq təkər göndərilib. 

OXŞAR XƏBƏRLƏR