“TEKNOFEST Azərbaycan” festivalında keçirilən müsabiqədə daha bir uğur - FOTOLAR

“TEKNOFEST Azərbaycan” festivalında keçirilən müsabiqədə daha bir uğur - FOTOLAR
SOSİAL
17:05 26.05.2022
152
"TechnoCad" komandası bu gün "TEKNOFEST Azərbaycan”da "Ağıllı zibil qutusu” layihəsi ilə festivalda çıxış ediblər.  
 
AZXEBER.COM xəbər verir ki, komandanın kapitanı Mehdi Musayev, məsləhətçi Çinarə Kazımova və 6 üzvü - Yusif Misirzadə, Mürşüd Hüseynli, Əlikərim Fərəcov, Əbdüləziz Qafarov, Nihad Qənbərov və Rəşid Oruclu müvəffəqiyyətlə yarışda fərqlənə biliblər.
 
Üzvlərdən birinin dediklərinə görə, "ağıllı" zibil qutuları şəhər və kəndlərdə tətbiq oluna bilər: "Bildiyimiz kimi, işğaldan azad olunmuş şəhər və rayonlarımızda quruculuq işləri sürətlə gedir. Layihənin xüsusilə həmin ərazilərdə tətbiqi faydalı olacaq. Zibil qutuları əllə və ya ayaqla açılır. "Ağıllı zibil qutusu” isə sensorla işləyir. Zibil qutusuna toxunmadan 3 santimetrlik məsafədən açmaq mümkündür, açıldıqdan 5 saniyə sonra qutunun qapağı özü bağlanır. Bu, həm də gigiyenikdir. Bu gün festivalın birinci günü olmasına baxmayaraq, xeyli ziyarətçi var. Layihə ziyarətçilərin marağına səbəb olub".
 
Qeyd edək ki, sonda "Bayraktar" PUA-sının yaradıcısı, türkiyəli mühəndis Selcuk Bayraktar komandanın üzvləri və layihələri ilə tanış olub və şəkil çəkdirib.
 
Xatırladaq ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir.
 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR