Azərbaycan-İsrail Beynəlxalq Assosasiyası (“Azİz”) tərəfindən Heydər Əliyev Fondu və Beynəlxalq Dağ Yəhudiləri STMEQİ fondunun dəstəyi ilə təşkil olunan, ötən ay Kiryat Ekronda və Netanyada start götürən “Azərbaycan Günləri” İsrailin mərkəz şəhəri olan – Tel-Əvivə keçib.
AZXEBER.COMxəbər verir ki, dünən İsrailin Tel-Əviv şəhərində , "Nevу Eliezer" Mədəniyyət Sarayında Azərbaycan mədəniyyətinə və tarixinə həsr olunmuş tədbir keçirilmişdir. İsrail-Azərbaycan "Aziz" Beynəlxalq Təşkilatı tərəfindən təşkil olunan Mədəniyyət Günləri çərçivəsində Azərbaycan gecəsi keçirilib və bu gecə ilk öncə İsraildə bu il geniş şəkildə qeyd edilən Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuşdur. Təl-Əviv şəhər administrasiyası şəhər merinin müavini Arnon Qiladi, şəhərin ictimai Şuranın sədri Yelena Yufit tərəfindən təmsil olunmuşdu. "Təl-Əviv şəhərində Azərbaycan Günləri”-nin açılış mərasimində Azərbaycan mədəniyyət mərkəzinin direktoru, Azərbaycan-İsrail Beynəlxalq Assosasiyasının (“Azİz”) idarə heyətinin üzvü Yeganə Salman müsəlman Şərqində ilk demokratik respublika olaraq, Azərbaycan Demokratik Respublikasının tarixinə həsr olunan və bu dövlətdə yəhudilərin rolu barədə geniş məruzə ilə çıxış edib.
Eyni zamanda Yeganə Salman bildirmişdir ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunması tarixi və unudulmaz hadisədir. Salman söyləmişdir: "Müstəqilliyin ilk illəri ağır olsa da, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf yoluna çıxdı. Hazırda müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanır və Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü ölkəsidir". Tel-Əviv şəhər merinin müavini Arnon Qiladi və şəhərin ictimai Şuranın sədri Yelena Yufit qardaş Azərbaycan xalqını gözəl və müqəddəs Müstəqillik bayramı ilə təbrik ediblər. Gecə “Azİz” direktorlar şurasının üzvü Şaul Siman Tovun rəhbərliyi altında təşkil olunmuş bayram konserti ilə başa çatıb. Konsertdə təkcə Azərbaycanda deyil, geniş İsrail auditoriyasının sevgisini qazanan istedadlı müğənnilər Tomer Əliyev və Orli Abramova, "Jemçujina" rəqs ansamblı iştirak edib. İsrailin Tel-Əviv şəhərində bu gözəl Azərbaycan baramı gecəyə qədər davam etdi və Tomer Əliyevin təkrarolunmaz “Azərbaycan – doğma diyarım mənim” mahnısının möhtəşəm ifası ilə başa çatıb.