Təl-Əvivdə terrorçu 7 nəfərə xəsarət yetirib

Təl-Əvivdə terrorçu 7 nəfərə xəsarət yetirib
DÜNYA
20:24 04.07.2023
269
İsrailin Təl-Əviv şəhərində törədilən terror aktı nəticəsində 7 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya aparılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin nümayəndəsi məlumat verib.

Məlumata görə, terrorçu idarə etdiyi avtomobili Təl-Əvivdə ticarət mərkəzinin yaxınlığında dayanan insanların üzərinə sürüb, daha sonra maşından düşərək bir neçə nəfərə kəsici alətlə xəsarət yetirib.

Terrorçunun zərərsizləşdirildiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR