İsrail Tehranın raket hücumuna cavab olaraq İranda hədəf alacağı nöqtələri müəyyən etdiyini və cavab tədbirinin an məsələsi olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu baradə İsrailin "Kanal 12" televiziyasında yayımlanan xəbərdə qeyd olunub.
İsrail ordusunun İrana cavab olaraq hədəfə alınması planlaşdırılan nöqtələrin siyahısını baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallanta təqdim etdiyi açıqlanıb.
Məlumata görə, İsrail rəhbərliyinin İrana hücum planının ümumi konturunu ABŞ ilə paylaşdığı, ancaq hansı nöqtələrin hədəf alınacağı ilə bağlı təfərrüatlara yer verilmədiyi vurğulanıb.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlamışdı.