Son günlər mediada birgə fotolarıdahaçoxyayılan iki məşhur haqqında söz-söhbət səngimək bilmir.
Demək olar ki, hamı televiziya aparıcısı Nanə Ağamalıyeva ilə gənc estrada müğənnisi Zamiq Hüseynov arasında eşq macəralarının yaşandığını qeyd edir. Hətta yaxın zamanlarda məşhur bir restoranda onların gizli şəkildə nişan mərasiminin keçirildiyini iddia edən mənbələr də var.
İnformasiyaya aydınlıq gətirmək məqsədi ilə Zamiq Hüseynovla əlaqə saxlamağa çalışdıq. Müğənninin mətbuat katibi Türkan Məmmədli mövqe.az-a cütlüyü uzun illərdən bəri dostluq münasibəti bağladığını bildirdi: "Qətiyyən belə bir fikir yoxdur.Nişan söhbəti heç vaxt ola bilməz.Onlar uzun illərdir dostdurlar. Deyərdim ki, şou-biznesin ən sadiq dostlarıdırlar. O sözləri kim deyir, yalan deyir... Mediada şəkillərinin yayılmasına gəldikdə, burda təəccüblü bir şey yoxdur. Zamiq və Nanə bir-birini çox istəyir. Onların dostluqları illərə arxalanır. Səmimi, dürüstlüklərinə görə bir-birini yaxından tanıdıqca dostluqları da möhkəmlənib”.