"Russia Today" telekanalının amerikalı aparıcısı Liz Uol qərarını canlı efirdə açıqlayıb
Rusiyanın "Russia Today" (RT) dövlət telekanalının amerikalı aparıcısı Liz Uol canlı efirdə işdən çıxmaq barədə qərarını açıqlayaraq, qərarının səbəbini Rusiyanın Ukraynaya müdaxiləsi ilə izah edib. ANS PRESS-in məlumatına görə, telekanalın Vaşinqton müxbiri olan Liz Uol canlı yayımda bildirib ki, "o artıq Rusiya hökuməti tərəfindən maliyyələşdirilən və Putinin hərəkətlərinə bəraət qazandıran şirkətin bir üzvü ola bilməz".
Uol həmçinin qeyd edib ki, "Russia Today"in müxbiri olaraq, bir çox etnik və mənəvi problemlərlə də üzləşib və bunun səbəbi onun valideynlərinin Sovet qoşunlarının işğalından qaçaraq Macarıstandan ABŞ-a gəlməsi olub. "Mən amerikalı olduğum üçün fəxr edirəm və həqiqətin çatdırılmasının doğruluğuna inanıram. Məhz buna görə də bu efirdən sonra işdən gedirəm", - amerikalı teleaparıcı Liz Uol belə deyib.
Bu həftənin əvvəlində də "Russia Today" telekanalının daha bir amerikalı aparıcısı Ebbi Martin Rusiya qoşunlarının Krıma yeridilməsini «hərbi işğal» adlandırmışdı.