Bakıda tanınmış bloger qəzaya uğrayaraq xəsarət alıb.
AZXEBER.COM Teleqraf-a istinadən xəbər verir ki, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.
Nuray Muxtarovanın idarə etdiyi "Şevrolet” markalı avtomobil kəsişmədə başqa bir avtomobillə toqquşub.
Qəza zamanı xəsarət alan Nuray Muxtarova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, Nuray Muxtarova Speys TV-də çalışan aparıcı Humay Muxtarovanın qızıdır.










































