Teleaparıcıya SOCAR-da yeni vəzifə verildi

Teleaparıcıya SOCAR-da yeni vəzifə verildi
MEDIA
16:11 04.03.2020
1841

Azərbaycanın tanınmış aparıcısı, jurnalist Şəfa Mehmanqızı yeni vəzifəyə təyin edilib.

AZXEBER.COM xəbər verir ki, o SOCAR Capital-ın İctimaiyyətlə əlaqələr üzrə koordinatoru vəzifəsinə təyin edilib. O artıq öz işinə başlayıb.

Qeyd edək ki, Şəfa Mehmanqızı bundan öncə Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə çalışıb. Həmçinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi işləyib. 2013-cü ildə Xəzər Televiziyasında "Bizim gün” səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib.

OXŞAR XƏBƏRLƏR