Tələbələrə şad xəbər - Bu ixtisaslar 4 ildən 3 ilə endirilir

Tələbələrə şad xəbər - Bu ixtisaslar 4 ildən 3 ilə endirilir
SOSİAL
15:56 09.10.2024
1303
Ali təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmə gəlir. Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyatı olmayan məsələlər olur. Onun sözlərinə görə, ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu etmək mümkündür.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan universitetləri müasir təhsil parametrlərindən xeyli geri qalır: 

"Baxmayaraq ki, 2024-cü ildir, Azərbaycan universitetləri hələ də 1985-ci ildən bəri keçə bilməyiblər. Yəni bizim universitetlərimiz hələ də mühazirə-seminar yanaşmasından irəli keçməyib. Tədris materialları, dərsliklərin hamısı köhnədir. Ali təhsil müəssisələrindən məzun olan şəxslər əmək bazarında öz ixtisaslarına uyğun işləyə bilmirlər. Çünki universitetlər müasir dövrün tələblərinə və əmək bazarının çağırışlarına uyğun kadr hazırlaya bilmir. Ona görə hazırlaya bilmir ki, tələbələrin 4 il univeristetlərdə keçirdikləri vaxt ərzində əldə etdikləri biliklər gələcək kariyeralarında onlara lazım olmur”.

Ekspertin fikrincə, bir çox ixtisaslarda bakalavr müddəti 3 ilə endirilə bilər:

"Ümumiyyətlə, müasir yanaşmada 4 illik univeristet artıq məqbul deyil. Yəni bizim gənclərimiz əmək bazarına daha tez və çevik hazır olmalıdırlar. Bu gün Azərbaycan universitetlərində bakalavr pilləsinin 4 il olması lazımsızdır. Düşünürəm ki, bir çox ixtisaslar üzrə bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi mümkündür. Misal üçün, jurnalist və ya mühasib olmaq üçün 4 il təhsil almağa ehtiyac yoxdur. Daha qısa müddət ərzində bu kimi ixtisasların bilik və bacarıqlarına yiyələnmək mümkündür. Bu cür ixtisasların sayı olduqca çoxdur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
00:18 05.11.2026
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
00:16 05.11.2026
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
00:03 05.11.2026
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
00:00 05.11.2026
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
Sabah bir rayonda qaz olmayacaq
23:56 04.11.2026
Sabah bir rayonda qaz olmayacaq
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər