Tələbələri daşıyan tur avtobusu aşdı: 3 nəfər öldü, 44 nəfər yaralandı

Tələbələri daşıyan tur avtobusu aşdı: 3 nəfər öldü, 44 nəfər yaralandı
DÜNYA
11:34 01.05.2023
180
Bursada tələbələri daşıyan tur avtobusunun aşması nəticəsində 3 nəfər həyatını itirib, 44 nəfər yaralanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Çanaqqaladan Ankaraya getdiyi öyrənilən "Metropol Turizm”ə məxsus 06 BFV 850 dövlət nömrə nişanlı tur avtobusu İnegöl rayonunun Şehitler məhəlləsində baryerə çırpılıb.

Qəzada sürücü və 2 şagird həyatını itirib, 44 nəfər yaralanıb.

Təcili yardım maşınları ilə xəstəxanalara çatdırılan yaralıların əksəriyyətinin müalicə aldığı məum olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR