Tələbənin ölümünə səbəb olan qəzadan görüntülər - VİDEO

Tələbənin ölümünə səbəb olan qəzadan görüntülər - VİDEO
SOSİAL
14:06 10.02.2018
4357
Astaranın Şahağacı kəndində tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
AZXEBER.COM ARB TV-ə istinadən xəbər verir ki,"Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Bu səbəbdən sürücü maneədən yayınmaq istəyib. Onun kənara çəkdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.

Nəticədə sərnişinlər 18 yaşlı Sahil Rüstəmov və onun həmyaşıdı Ağamoğlan Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, Sahil Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. Ağamoğlan Cabbarovun vəziyyəti isə ağırdır.

Qeyd edək ki, Sahil Rüstəmov evin tək oğul övladı olub. Onun Bakıda yerləşən universitetlərdən birinin tələbəsi olduğu bildirilir. 
 

OXŞAR XƏBƏRLƏR