Telefon qaçaqmalçıları ələ keçirildi

Telefon qaçaqmalçıları ələ keçirildi
Bütün Xəbərlər
10:46 18.09.2011
1566

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında (AZAL) gömrük nəzarətçiləri ölkəyə qaçaqmal yolu ilə mobil telefon gətirən Azərbaycan vətəndaşını saxlayıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Rüfət Şıxamirova məxsus baqaj Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçirilərkən Türkiyədən qanunsuz yolla gətirilən çoxlu sayda telefon aşkar edib.Baxış zamanı onun çamadanından 37 ədəd "BlackBerry Bold 9900" və 10 ədəd "BlackBerry 9800" markalı mobil telefonlar, həmin telefonlara aid qutular və aksesuarlar tapılıb. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR