Telefonu gecə enerjiyə qoyub yatanların nəzərinə! – Bu təhlükələr baş verə bilər

MARAQLI
00:14 01.12.2022
2077
Telefon cihazlarının gecə saatlarında şarjda saxlanılması təhlükəlidir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu cür cihazların yanıcı olmayan cisimlərin üzərində şarj edilməsinə diqqət çəkirlər.

Partlayan və ya yanan planşet və telefonlarla bağlı əsas problem, adətən, orijinal olmayan şarj cihazları və ya batareyaların istifadəsidir.

Doldurma adapterlərinin gərginlik mənbələri telefon modellərinə və xüsusiyyətlərinə görə dəyişir. Bunlardan hər hansı birində uyğunsuzluq olarsa, batareya doldurularkən yüksək şəkildə qıza bilər. Həddindən artıq qızan telefon partlaya və ya alovlana bilər.

Bu səbəbdən telefon və planşet kimi cihazlarda orijinal materiallardan istifadə edilməsinə diqqət yetirmək və şarj zamanı cihazların istiliyinə nəzarət etmək lazımdır.

Aydın

OXŞAR XƏBƏRLƏR