Telefonun batareyasının partlama anı kameraya əks olundu – VİDEO

Telefonun batareyasının partlama anı kameraya əks olundu – VİDEO
DÜNYA
14:08 02.05.2023
187
Vanın Gevaş rayonunda telefonun satıldığı və təmir edildiyi iş yerinə gətirilən mobil telefonun batareyasının partlama anı kameraya əks olunub.

AZXEBER.COM "HaberGlobal”a istinadən xəbər verir ki, hadisə Halit Deveci küçəsində Hüseyn Akif Çelik adlı vətəndaşa məxsus elektron məhsulların satıldığı və təmir edildiyi mağazada baş verib.

Təmir üçün gətirilən və arxa paneli çıxarıldıqdan sonra stolun üzərinə qoyulan telefonun batareyası əlində partlayıb və alov çıxıb. Əlindəki partlayan batareyadan alov qalxanda Hüseyn Akif Çelik gördüklərinə təəccüblənib. 

Üzünü yanmaqdan xilas edən Polad təşviş içində telefonu yerə ataraq uzaqlaşıb. Həmin anlar iş yerinin təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub.

Müəssisənin sahibi Hüseyn Akif Çelik çox qorxduğunu bildirib və insanlara məsləhət verib:

 "Telefonunun akumlyatoru şişmiş bir müştərimiz var idi. Telefonun batareyasını dəyişəcəkdik. Qapağı götürdükdən sonra alışıb və böyük partlayış olub. Gecə telefonu enerji cihazına qoymayın. Gecələr partlaya, böyük yanğınlara səbəb ola bilər. Hər kəs diqqətli olsun”, - deyə o bildirib.

Ayşən