Telefonuna baxandan sonra anasını boğaraq öldürüb: Ucardakı dəhşətli cinayətin təfərrüatı

KRİMİNAL
12:53 18.08.2023
1200
Ucarda 1981-ci il təvəllüdlü qadının boğularaq öldürülməsinin bəzi təfərrüatı məlum olub.

"Unikal”ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Ş.Qurbanovanı öldürməkdə şübhəli bilinən oğlu - 2000-ci il təvəllüdlü Qurbanov Faiq atası Kainat ilə birgə Rusiyada yaşayırmış. O, bir müddət öncə doğulduğu Qaradağlı kəndinə gəlibmiş. Faiq bu gün səhər saatlarında anasının telefonuna baxdıqdan sonra məlum hadisəni törədib.

Hazırda Ucar rayon polis əməkdaşları hadisənin baş verdiyi Qaradağlı kəndində araşdırma aparır.

Xatırladaq ki, faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR