"Telegram"la bağlı XƏBƏRDARLIQ: Hesabınız fırıldaqçıların əlinə keçə bilər

MARAQLI
12:44 12.04.2023
253
Kaspersky mütəxəssisləri "Telegram"da sürətlə yayılan "fırıldaqçılıq” fəaliyyətləri barədə xəbərdarlıq ediblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sosial media platformalarında istifadəçilərin sayının artması fırıldaqçıların əlinə keçir.

Bu təhlükənin artmasının ən böyük səbəbləri arasında platformanın populyarlığı da var.

Fişinq və oğurlanmış məlumatların satılması kimi hakerlərin zərərli istifadəsi "Telegram" istifadəçilərini risk altında qoyur.
 
"Telegram"da botlardan istifadəçilərə və müəssisələrə bir çox rutin prosesləri avtomatlaşdırmaq üçün istifadə olunsa da, təcavüzkarlar öz zərərli fəaliyyətlərini avtomatlaşdırmaq üçün bu botlardan istifadə etməyə başlayıblar.

"Telegram" botunda saxta veb-saytların yaradılması adətən bir neçə addımdan ibarət pulsuz və asan proses tələb edir.

Təcavüzkarlar bu üsuldan e-poçt ünvanları, telefon nömrələri, hesab parolları, IP ünvanları və qurbanın yaşadığı ölkə daxil olmaqla geniş çeşiddə məlumat toplamaq üçün istifadə edə bilərlər.
 
Kaspersky mütəxəssisləri məlumatları fişinq hücumlarından və sızmalardan qorumaq üçün aşağıdakı tövsiyələri təklif edir:

1. Naməlum göndəricilərdən gələn mesajlardan ehtiyatlı olun. Fişinq hücumları çox vaxt naməlum və ya şübhəli görünən göndəricilərdən gəlir.

2. Əgər tanımadığınız istifadəçidən və ya nömrədən mesaj alsanız, heç bir linkə klikləməyin və ya şəxsi məlumatlarınızı paylaşmayın.

3. Güclü parollardan istifadə edin. Bütün mesajlaşma proqramları üçün unikal parollar yaradın.

4. Bir neçə hesabda eyni paroldan istifadə etməyin və güclü parollar yaratmaq və saxlamaq üçün parol menecerindən istifadə etməyi düşünün.

5. Bağlantıların həqiqiliyini yoxlayın. Hər hansı bir keçidə klikləməzdən əvvəl onların qanuni olub olmadığını yoxlayın.
 
6. İki faktorlu autentifikasiyadan istifadə edin. Hesabınıza əlavə təhlükəsizlik qatının əlavə edilməsi icazəsiz girişin qarşısını almağa kömək edə bilər.

7. Hesabınıza yalnız sizin daxil ola biləcəyinizi təmin etmək üçün mesajlaşma tətbiqinizdə iki faktorlu autentifikasiyanı aktiv edin.

8. Müvafiq təhlükəsizlik həllindən istifadə edin. Etibarlı təhlükəsizlik həlli cihazlarınızı müxtəlif növ təhlükələrdən qoruyacaq və məlumatlarınızı təhlükəsiz saxlayacaqdır.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR